Millət vəkili seçiciləri ilə görüşdü

Xalq.az xəbər verir ki, mart ayının 2-si Milli Məclisin deputatı Etibar Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birlikdə Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyan 146 nömrəli orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirdib. Seçicilərinə ötən dövr ərzində gördüyü işlər barədə ətraflı məlumat verərək sakinləri maraqlandıran sualları Əziz Əzizovla birgə cavablandıraraq onları narahat edən problemləri qeydiyyata alıb. Sakinləri narahat edən bəzi problemlər yerindəcə həllini tapıb.  Zaman tələb edən digər problemlərlə bağlı isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı barədə sakinlərə məlumat verilib. Görüşdə Milli Qəhrəmanımız Cavanşir Rəhimovun anası Lalə xanım da iştirak edirdi.

Millət vəkili Etibar Əliyev daima seçicilərinin yanında olduğunu bir daha vurğulayıb.