Millət vəkili seçicilərin hüquqi probləmlərini həll etdi-Fotolar

Miilli Məclisin deputatı Əminə Ağazadənin rayon mərkəzindəki ofisində vətəndaşların çoxsaylı müraciətləri əsasında “Mirzayev&Partners Legal Firm” hüquq şirkətinin hüquqşünasları bir qrup vətəndaşımızla görüş keçirib.

XALQ.AZ xəbər verir ki, millət vəkilinin təşəbbüsü ilə keçirilən görüşdə sakinlərin hüquqi məsələlərlə bağlı problemləri dinlənilib və onlara pulsuz hüquqi yardım göstərilib.

Hüquqşünaslar problemlərin həlli istiqamətində izahedici söhbətlər aparıb. Müvafiq sənədlərə baxış keçirilib, lazımi qeydlər götürülüb.

Bəzi məsələlərlə bağlı yerindəcə tədbir görülüb. Göstərilən yardımdan məmnun qalan vətəndaşlar “Mirzayev&Partners Legal Firm” hüquq şirkətinə, şirkətin Əmlak və İnzibati İşlər üzrə Departament direktoru Natiq Fərzəliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, belə görüşlərin keçirilməsi rayon əhalisinin hüquqi savadlılığının artırılmasında, hüquq-mühafizə orqanları ilə yarana biləcək problemlərinin həll edilməsində ciddi köməklik göstərə bilir. Rayon sakinləri millət vəkili Əminə Ağazadəyə görüş üçün “Mirzayev&Partners Legal Firm” hüquq şirkətinə, onun rəhbərliyinə, şəxsən Şaiq Mirzəyevə göstərdikləri yardıma görə dərin təşəkkürünü bildiriblər.

XALQ.AZ