Millət vəkili seçicilərlə onlayn görüş keçirdi

Milli Məclisin deputatı Şahin Seyidzadə Abşeron-Qobustan dairəsinin sakinləri ilə növbəti onlayn qəbullar həyata keçirib.XALQ.AZ xəbər verir ki, #evdəqal təlimatı və xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq Qobustan rayonu üzrə Qobustan şəhəri və Yekəxana, Poladlı kəndləri, Abşeron rayonu üzrə isə Güzdək, Qobu, Saray və Hökməli qəsəbələrinin sakinlər tərəfindən daxil olmuş müraciət əsasında video zəng vasitəsi ilə qəbullar baş tuub.

Miqrasiya və vətəndaşlıq, kənd təsərrüfatı, mədəniyyət və gənclərin asudə vaxtının səmərəli təşili üçün nəzərdə tutulan mərkəzlər, kommunal və abadlaşdırma işləri, sosial müavinət, dövlət tərəfindən ayrılan güzəştli ev kreditləri və iş müraciətləri əsasında gün boyu müraciətçilərlə fərdi görüşlərdə mövzular ətraflı dinlənilib.

Xatırladaq ki, hazırda qüvvədə olan karantin rejimi ilə bağlı olaraq bu tipli onlayn görüşlər seçicilər tərəfindən daxil olan müraciətlər əsasında davamlı olaraq həyata keçirilir.

На изображении может находиться: 12 человек

XALQ.AZ