Millət vəkili tədbirdə iştirak edib

14 mart 2024-cü il tarixdə Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə «Aqrar biznes festivalı» keçirilib.
Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiyalar və məhsullar nümayiş olunub.
«Aqrar biznes festivalı» Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarından olan fermerlər tərəfindən ziyarət olunub. Festifalda Milli Məclisin deputatı Məşhur Məmmədov iştirak edərək çıxış edib.