Millət vəkili təkliflə çıxış etdi

“Xocalı soyqırımının 30 illiyi ərəfəsində Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulan 103-cü maddəyə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olar”. 

XALQ.AZ-ın məlumatına görə, bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər.

Deputat vurğulayıb ki, mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir: “Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.