Millət vəkili yəhidi xanıma kitablar hədiyyə etdi

11

 

Millət vəkili Qənirə Paşayeva Nyu-Yorkda fəaliyyət göstərən Qafqaz Yəhudi Gənclər Qrupunun (Kavkaz Jewish Youth Group Kavkaz JYC) rəhbəri Luba Yusufova ilə görüşüb

Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva ABŞ-da Nyu-Yorkda Azərbaycan mədəniyyətinin, rəqslərinin təbliğində Luba Yusufovanın və onun rəhbərlik etdiyi qurumun gördüyü işlərin təqdirəlayiq olduğunu deyib. Mədəniyyətin dövlətlər, xalqlar arasında əhəmiyyətli körpü olduğunu deyən millət vəkili Qənirə Paşayeva ABŞ-da, ümumiyyətlə xaricdə fəaliyyət göstərən Azərbaycan diasporlarının fəaliyyətində Azərbaycandan getmiş yəhudi əsilli insanların yaxından iştirak etmələrinin sevindirici hal olduğunu qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb və Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Nyu-Yorkda, eləcə də yaxın bölgələrdə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını inandığını bildirib.

Azərbaycanı hər zaman özləri üçün vətən hesab etdiyini deyən Qafqaz Yəhudi Gənclər Qrupunun rəhbəri Luba Yusufova təkrar doğulduğu ölkəyə gəlməkdən, burda olmaqdan çox xoşbəxt olduğunu, Bakının son dərəcə gözəlləşdiyini, ölkəmizin sürətli inkişaf etdiyini deyib. Qafqaz Yəhudi Gənclər Qrupunun rəhbəri Luba Yusufova Azərbaycan mədəniyyətinin, rəqslərinin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini, bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qafqaz Yəhudi Gənclər Qrupunun rəhbəri Luba Yusufovaya Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitablar hədiyyə edib