Millət vəkilləri səfərə gedir

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və deputat Əli Məsimli qurumun 11-ci sessiyasında iştirak etmək üçün bu gün Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcəklər.

XALQ.AZ xəbər verir ki, Milli Məclisdən  verilən xəbərə görə, toplantıda “GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın perspektivləri”, “GUAM regionunda informasiya təhlükəsizliyi: yeni çağırışlar, əsas hədəflər və birgə səylər”, “GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Təşkilatının beynəlxalq arenada irəliləməsi: quruma üzv ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri” mövzularında müzakirələr aparılacaq.

Sessiya çərçivəsində qurumun Büro və komitələrinin iclasları keçiriləcək. Habelə GUAM PA-nın Büro üzvlərinin Baltik Assambleyanın rəhbərliyi ilə görüşü olacaq. Tədbirlərdə üzv ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.

Səfər sentyabrın 29-da başa çatacaq.

 

 

Orxan