Milli kitabxananın əməkdaşlarının təltif edilməsi haqqında Prezidentin Sərəncamı

Azərbaycan Milli Kitabxanası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kitabxana işinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Tahirov Kərim Məhəmməd oğlu

“Tərəqqi” medalı ilə

İbrahimova Gülarə Aydın qızı
Rüstəmova Sevda Qadir qızı
Sadıqova Dilşad Şaban qızı
Səmədova Enfira Şaban qızı
Talıbova Liliya Xəlil qızı
Vəliyeva Mədinə Əlibala qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2013-cü il.