Milli Məclisdə hökümət üzvləri hesabat verəcək

Milli Meclis-1

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası martın 17-də keçiriləcək.
XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, iclasının gündəliyinə 1 məsələ daxil edilib: “Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında” hesabatı.

Qeyd edək ki, Nazirlər kabinetinin hesabatını Baş nazir Artur Rasizadə təqdim edəcək.