Milli Məclisin dəvətliləri prezident seçkiləri haqda müsbət rəy verib

5

Milli Məclis prezident seçkiləri ilə bağlı ölkəyə dəvət etdiyi müxtəlif müşahidəçilər və beynəlxalq təşkilat nümayəndələrinin açıqladığı hesabata münasibət bildirib.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, həmin dəvətlilər prezident seçkiləri ilə bağlı müsbət veriblər. Bu rəylərdə 9 oktyabr seçkilərinin tam demokratik, şəffaf və qanunvericiliyin tələblərinə uyğun keçirildiyi bildirilib.

“Müşahidəçilər ayrı-ayrılıqda bölgələrdə olub, seçki prosesini izləyiblər. Onlar əksər bölgələrdə yerli müşahidəçilərlə söhbətləşib, “exit-poll”arı, səsvermə prosesini müşahidə ediblər. Bildiriblər ki, ölkədə seçkilər demokratik, şəffaf və qanunvericiliyin tələblərinə uyğun keçirilib”, – deyə Milli Məclisin mətbuat katibi vurğulayıb.