Milli Məclisin deputatına qarşı təxribat

Milli Məclisin deputatı Məzahir Əfəndiyevin uzun müddətdir istifadə etdiyi facebook profili və səhifəsi oğurlanıb. Bu barədə XALQ.AZ-a deputatın gərargahından məlumat verilib. Millət vəkili Məzahir Əfəndiyev bununla bağlı çağırış edib.

Deputat bildirib ki, mənim adıma olan şəxsi Facebook səhifəm kiber hücumə məruz qalmış və bundan istifadə edilərək adıma saxta instagram səhifəsi də açılmışdır. Bu baxımdan mənim adımdan facebook və yaxud digər sosial şəbəkələrdən yollanan hər bir elektron məktub, edilən paylaşımlar əsassızdır. Hər kəsi diqqətli olmağa və bu məlumatı nəzərə almağa çağırıram.

Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.