Milli Məclisin deputatları Baltik forumunda iştirak edəcəklər

02

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Rövşən Rzayev oktyabrın 23-də Latviyanın Riqa şəhərinə səfərə yola düşəcəklər.Milli Məclisin mətbuat xidmətindən Xalq.az-a bildirmişlər ki, səfərin məqsədi Baltik forumunda iştirak etməkdir.Deputatlarımız müzakirə olunan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.
Səfər oktyabrın 26-da başa çatacaqdır.