Milli Məclisin komitə iclası onlayn keçirildi

Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirildi.

Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyevin rəhbərliyi ilə keçən iclasda gənclər və idman komitəsində 2021-ci ilin yaz və növbədənkənar sessiyası dövründə görülən işlər barədə hesabatı və payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini müzakirə etdik.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allhverdiyev bilidririb.

Komitənin yaz və növbədənkənar sessiyasının işi xalqımızın Vətən müharibəsindən sonra yaşadığı sevinc hissləri, bayram tədbirlərinin keçirildiyi dövrə təsadüf edir. Bu baxımdan, komitə fəaliyyətində dövlətin ümumi gənclər siyasətini, müharibə iştirakçıları olan qalib qazilər, şəhid ailələrinin qayğılarını diqqət mərkəzində saxlamağa çalışıb. Bir sıra göstəricilər komitənin fəaliyyətindəki intensivliyin əyani sübutudur. Komitə sədrinin verdiyi məlumata əsasən, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilib və 13 məsələyə baxılıb. Komitəyə qeydiyyata alınmaqla vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 437 məktub, müraciət və sənəd daxil olub. 224 müraciət yazılı şəkildə, 213-ü isə şifahi şəkildə həll olunub. Müraciətlərin digər daxil olma kanalları isə bunlardır: sosial şəbəkələr üzərindən 460, whatssapp tətbiqi vasitəsilə 310, zəng vasitəsilə 245 müraciət qeydə alınıb. Ümumilikdə sosial şəbəkə üzərindən daxil olan 1015 müraciətin 675-i tam, 273 qismən həll olunub, 67 müraciət isə icradadır. Komitəyə qeydiyyata alınmaqla 34, qeydiyyata alınmadan 141 təşəkkür məktubu daxil olub. Bu ilin son 6 ayı ərzində əvvəlcədən təyin olunmuş qəbul günləri zamanı və müxtəlif vaxtlarda fərdi olaraq 715 vətəndaş qəbul edilib. Vətəndaş müraciətlərinin bir çoxu öz müsbət həllini tapıb.