Şamaxıda şəhidlərimiz belə anıldı-Fotolar

Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli lisey tərəfindən üç şəhid məzunu ( Orxan Nəbiyev Rza oğlu, Yusif Əliyev Asif oğlu, İsaxan Qəniyev İsaman oğlu ) adına inşa edilən bulağın açılışı olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla və Milli Məclisin deputatı Tamam Cəfərova və şəhid ailələrinin üzvləri iştirak ediblər. Çıxış edənlər Şəhidin qəhrəmanlıq yolundan və dövlətin şəhid ailələrinə qayğısından söz açdılar.

Tədbirin sonunda liseyin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər. Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayacaq. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!