Milli Məclisin növbəti iclası aprelin 18-də olacaq

17

 

Parlamentin yaz sessiyasının növbəti iclasının vaxtı açıqlanıb.

Xalq.az  bildirir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun azvision.az-a verdiyi məlumata görə, iclas aprelin 18-də keçiriləcək.

Sessiyanın gündəliyi isə hələlik açıqlanmır.

Qeyd edək ki, Milli Məclisin sonuncu iclası aprelin 4-də keçirilmişdi.