Milli Məclisin xüsusi iclası keçiriləcək

Mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclası keçiriləcək.

Bunu parlamentin sədri Sahibə Qafarova qanunverici orqanın mayın 12-də keçirilən iclasında bildirib.

O qeyd edib ki, iclas ulu öndərin əziz xətirəsinə həsr olunacaq.