Milli Məclisin yeni mətbuat katibi təqdim olundu

Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

XALQ.AZ xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, Milli Məclisin spikeri Sahibə Qafarovanın əmri ilə bu vəzifəyə teleaparıcı Ceyhun Əli təyin edilib və bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.