media-88
Fevralın 18-də Milli Məclisdə Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakulun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.
Çıxış edən Milli Məclisin sədr müavini Rafael Hüseynov Tailand Krallığı ilə 30 ildən artıq davam edən diplomatik, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı.
Mən də Azərbaycan-Tailand parlamentlərarası işçi qrupunun rəhbəri olaraq çıxışım zamanı ölkələrimiz arasında qarşılıqlı dostluq və diplomatik münasibətlərdən bəhs etdim, dövlətlərimiz arasındakı münasibətlərin ildən-ilə inkişaf etdiyini bildirdim.
Qeyd edim ki, qonaqlar Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər.
media-88 media-87 media-89 media-884

media-ads728x90

Bənzər xəbərlər