Milli parkda kameralardan görüntülər- FOTOLAR

 

11

 

Növbəti monitorinq Hirkan Milli Parkı ərazisində aparılıb.Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə ölkənin milli parklarında keçirdiyi monitorinqləri davam etdirir.Xalq.az  nazirliyə istinadən xəbər verir ki, növbəti monitorinq Hirkan Milli Parkı ərazisində aparılıb və burada daha bir yetkin erkək bəbir aşkarlanıb. Nazirliyin quraşdırdığı kameralara bəbirlə yanaşı onun qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz da düşüb.Bundan başqa, Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində də aparılan monitorinqlərdə daha iki yetkin dişi bəbir aşkarlanıb, kameralara həmçinin bezoar keçiləri və muflonlar da düşüb.

 

12 13 14 16 17 18 19 21 23