Milli Qurtuluş Günündən başlayan tarix bizi bütün dövrlərdə daim güclü edəcək

YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayonu “H.Cavid pr. 115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 15 iyun-Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti” adı tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev. Milli Məcliisn deputatı Cavanşir Feyziyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə, YAP Yasamal rayon təşkilatının əməkdaşları, “H.Cavid pr. 115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) üznvanı üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov, Yasamal rayonu üzrə ərazi partiya təşkilatlarının sədrləri, H.Cavid pr. 115 (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) üznvanı üzrə ərazi partiya təşkilatının üzvləri, “ASAN xidmət” də fəaliyyət göstərən könüllülər və fəal gənclər iştirak edib.Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Milli Qurtuluş Günü ölkəmizin və xalqımızın tarixində əvəzsiz xidmətləri olan, şərəfli və mənalı ömrünü xalqının nicatına, milli dövlətçiliyinin dirçəlməsinə həsr edən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasının başlandığı tarixdir. Müasir Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq dövlət kimi formalaşması Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, uzaqgörən siyasi fəaliyyətinin bəhrəsidir. 30 il öncə Azərbaycan xalqının taleyinə yazılan yeni tarixi bu gün fəxarət hissi ilə xatırlayırıq. Bu tarix ümumxalq inamının, xalqın müdrikliyinin, ən həlledici anlarda doğru seçiminin, eyni zamanda Liderin xalq qarşısındakı əhdinə sadiqliyinin, milli dövlətçilik dəyərlərinə bağlılığının təntənəsidir. 15 İyun – Milli Qurtuluş Günündən başlayan tarix bizi bütün dövrlərdə daim güclü edəcək. Qalib Azərbaycanın ən yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmiz daha da sürətlə inkişaf edir və edəcəkdir. Vətənimizin əldə etdiyi uğurlarının aspektində 44 günlük şanlı Vətən müharibəsindəki tarixi Zəfərimizi, bundan doğan regionda reallıqların yaranması və bütün bunlarda Ulu Öndər Heydər Əliyev ideyalarının əsas həlledici rola malik olması xüsusi əhəmiyyətə malikdir.Çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımıızn təkidli tələbi ili ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində xalqın dərin böhrandan xilası-qurtuluşu idi. Ulu Öndər özü dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq, əbədiliyini dönməzliyini təmin etmək daha da çətindir. Çox qısa zamanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün ciddi sosial-iqtisadi, siyasi islahatlar dövrünün başlanması ilə Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991-1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyəti ələ kecirmək praktikasına əslində son qoyuldu. Dövlət və xalq arasında möhkəm birliyin əsasları yaradıldı. Onun ümummilli gücü ifadə edən hədəfləri müəyyənləşdirildi. Daha önəmlisi isə odur ki, Heydər Əliyev dövlətçilikdə irəli sürdüyü əsas prinsiplərdən biri kimi ölkəmizdə qanunun aliliyinin təmin edilməsinə çox qısa vaxtda nail oldu. Bu gün əldə olunan nəaliyyətlər ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Çıxış edən Milli Məclisinin deputatı Cavanşir Feyziyev qeyd edib ki, xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan xalqı taleyini Heydər Əliyevə etibar etdi. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt bu müstəqilliyi qoruyub saxlamaqdır. Bunu ümummilli Lider öz iradəsi sayəsində reallığa çevirdi. Bu reallığın nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda bütün Azərbaycan xalqı cənab Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu bir daha sübut etdi.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları- Sakit Hüseynov, Füzuli Qurbanov və “H.Cavid pr. 115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) üznvanı üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov çıxışlarında bildiriblər ki, xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan xalqı taleyini ulu öndər Heydər Əliyevə etibar etdi. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt bu müstəqilliyi qoruyub saxlamaqdır. Bunu ümummilli Lider öz iradəsi sayəsində reallığa çevirdi. Bu reallığın nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda bütün Azərbaycan xalqı cənab Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu bir daha sübut etdi.

Tədbirdə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri- İlham Məmmədzadə, Eynulla Mədətli, Sakit Hüseynov, Füzuli Qurbanov və və Sənan Həsənovun nəşr olunmuş kitablarının təqdimatı keçirilmişdir.

Sonda xatirə şəkli çəkdirilib.

Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR
Ümummilli Lider Heydər Əliyev irsi-fəlsəfə və ideologiyanın vəhdəti FOTOLAR