Milli şurada istefalar başladı-YENİLƏNİB

 

88

Milli Şuranın sessiyasında qalmaqal yaranıb, Əvəz Temirxan qurumdan istefa verib

 

APA-nın məlumatına görə, o bu barədə qərarını Milli Şuranın bu gün keçirilən sessiyasında elan edib.

Sessiyanın gedişində Ə. Temirxan təklif edib ki, ALP lideri LaLə Şövkətin Milli Şuradan istefası ilə bağlı məsələ təşkilatı məsələlər sırasından çıxarılsın.

Cəmil Həsənli isə deyib ki, müxtəlif adamlar Milli Şurada olmadıqları ilə bağlı bəyanatlarla çıxış edirlər: “Biz də burda onların istefasını qoyuruq və qeydiyyatdan çıxarırıq. Biz nəinki Lalə Şövkət, istefa vermiş digər şəxslər haqqında da müzakirə açmaq niyyətində deyilik. Lakin bizim borcumuzdur ki, istefa faktını təsdiq edək”.

Ə. Temirxan isə israr edib ki, Milli Şuradan istefalar ad çəkilmədən səsə qoyulsun.

Bu vaxt hüquqşünas Hüseyn Hüseynovla Ə. Temirxan arasında qalmaqal baş verib. H. Hüseynov deyib ki, bəzi partiyalar Mili Şuraya daxil olanda səs-küylə gəlir, gedəndə isə ad çəkmir. Ə. Temirxan isə onun bu sözlərinə etiraz edib, nəticədə mübahisə yaranıb.

Ə. Temirxan deyib ki, Milli Şuradakı daxili düşmənçilik səbəbindən Lalə Şövkət istefa verib. O da istefa verdiyini elan edərək sessiyanı yarımçıq tərk edib.

Qeyd edək ki, ALP lideri Lalə Şövkət prezident seçkiləri ərəfəsindən Milli Şuradan istefa verib.

 


 

Milli Şuranın bugünkü sessiyasında qurumdan istefa verənlərin istefası səsverməyə qoyulub.

 

Xalq.az APA-a istinadən xəbər verir ki ,  Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfərin istefası qəbul edilib.

 

Milli Şuranın iki üzvü Akif Şahbazov və Gülnarə Qurbanova isə qurumun sessiyasında iştirak etmədikləri üçün Milli Şuradan qovulublar. Bu qərar səsvermədən sonra qəbul edilib.