Millimiz ilk sınağa çıxır

63

 

Azərbaycan yığma komandası bu gün Bolqarıstanla ilk qrup oyununa çaxacaq.

XALQ.AZ AFFA-ya istinadla verdiyi məlumata görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində saat 21:00-da, “Bakcell Arena”da baş tutacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Alon Yefetdir. Ona Danny Krasikov, David Elias Bitton və Nissan Davidy köməklik edəcək.

Liran Liany və Roi Reinshreiber isə əlavə köməkçi hakimlərdir.

Hakim-inspektor Christer Fallström (İsveç), UEFA nümayəndəsi Jevgenijs Milevskisdir (Latviya).