Miqrant dolu gəmi batdı

Gemi-1

İçərisində onlarla miqrant olan gəmi Liviya sahillərində batıb.

XALQ.AZ-ın məlumatına görə, İtaliyanın Lampeduza şəhərinə getmək istəyən gəmidə ən azı 14 nəfər ölüb.

200-ə yaxın adam isə xilas olub.

İtaliya hərbi hava qüvvələrinin təmsilçisi bildirib ki, itkinləri axtarmaq üçün qəza yerinə gəmi və helikopter yola salınıb.

Bu cür eyni hadisə bir həftə qabaq baş verib. Onda batan gəmidə 36 miqrant həlak olmuşdu. Lampeduza adası Afrika sahillərindən 290 km aralıdır və qeyri-leqal miqrantlar ən çox ora can atır.