Mirsaleh Seyidov – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı digər sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

Mirsaleh Seyidov daha əvvəl Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini icra edib. O, 2016-cı ilin 13 oktyabrında bu vəzifəyə təyin olunub.

M.Seyidov rütbəcə ədliyyə polkovnikidir.

O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.