Misir Prezidenti İlham Əliyevi təbrik etdi

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

XALQ.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Prezident, Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyur, qarşıdakı ilin Sizin üçün firavan keçməsini arzulayıram.

Sizə və ailənizə ən xoş arzularımı çatdırır, Misir dövləti ilə dostluq münasibətlərinizi yüksək qiymətləndirirəm”.

XALQ.AZ