MM-in Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi məlum oldu

Azərbaycan Respublikasının Milli Məclisi Parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir.

Milli Məclisdən XALQ.AZ-a verilən məlumata görə, nümayəndə heyətlərinin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir.

Qeyd edilib ki, Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi də müəyyənləşib. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.