Moldovadan qovulan rusiyalı diplomatlar Kişinyovu tərk ediblər

Moldovadan qovulan rusiyalı diplomatlar Kişinyovu tərk ediblər. Belə ki, diplomatlar və Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşları “Rossiya” xüsusi uçuş heyətinin Tu-214 təyyarəsi ilə Kişinyov hava limanından havaya qalxıblar.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, səfirliyin 45 əməkdaşı ailə üzvləri ilə birlikdə ölkəni tərk ediblər.
Qeyd edək ki, Moldovanın xarici işlər naziri Niku Popesku Rusiya Federasiyasının Moldovaya qarşı siyasətini düşmənçilik hesab edib. Popesku Rusiya diplomatlarının ölkədə “casusluq və daxili işlərə müdaxilə” ilə məşğul olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova hakimiyyətinin qərarını əsassız və qeyri-dost hərəkətlər adlandırıb və Moskvanın onlara cavab verəcəyini vəd edib.