Naxçıvanda fəaliyyət göstərən və bütün varidatı zorla əlindən alınan Türk iş adamı Əli Sərdar Oba Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu məhkəməyə verməyə hazırlaşır.
Bu barədə Ovqat.com-a məlumatı iş adamının özü verib.
Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğuna bu barədə müraciət edib və qurumdan rəsmi şəkildə Vasif Talıbovu “məhkəməyə ver” razılığı alıb.
Ali Sərdar Obanın iddiasına görə, Vasif Talıbov ona 13 milyon 700 min dollar borcludur. Baş Prokurorluqdan göndərilən məktubda isə dollar yanlışlıqla manat olaraq göstərilib.