Montin qəsəbəsində sahibsiz itlərlə bağlı problem hələ də qalmaqdadır

Bakının Nərimanov rayonu Montin qəsəbəsindəki Arif Heydərov küçəsində sahibsiz itlərlə bağlı problem hələ də qalmaqdadır.

Arif Heydərov küçəsinin sakinləri tərəfindən Pravda.az-a ünvanlanan növbəti şikayətdə bildirilib ki, Nərimanov Rayon İcra Hakimiyyətinin itlərin ərazidən toplandığı, ərazinin nəzarətə götürüldüyü barədə açıqlaması həqiqətəuyğun deyil.

Onlar bildiriblər ki, Arif Heydərov küçəsi Heydər Əliyev prospektinin yaxınlığında yerləşən mərkəzi ərazidir: “Əhmədli, Günəşli kimi kənar ərazilərdə yaşayan sakinlərlə də əlaqə saxlamışıq. Onlar şikayətləri əsasında yerli icra hakimiyyətləri tərəfindən küçə itlərinin tamamilə ərazilərindən təmizləndiyini deyirlər. Biz isə mərkəzdə yaşadığımız halda, Nərimanov RİH bu məsələyə çarə tapmır. Belə bir mərkəzi əraziyə diqqət göstərilməməsi qəbuledilməzdir. İtlər sürü şəklində gəzir, xüsusən gecə və sübh vaxtı sakinləri narahat edirlər”.

Xatırlatma: Nərimanov Rayon İcra Hakimiyyəti bir neçə gün öncə “sözügedən ərazidə sahibsiz küçə itləri toplanıb, ərazi nəzarətə götürülüb” deyə açıqlama vermişdi.

Sakinlərin bu gün səhər saatlarına ərazidən çəkdikləri görüntüləri təqdim edirik: