Moskvada azərbaycanlı iş adamı güllələndi

82

 

45 yaşlı Fabris Salam Hüseynov yaşadığı mənzilin qarşısında qətlə yetirilib

Moskvada azərbaycanlı biznesmen öldürülüb. ANS PRESS-in “İnterfaks”a istinadən məlumatına görə, 45 yaşlı Fabris Salam Hüseynov yaşadığı mənzilin qarşısında iki naməlum şəxs tərəfindən güllələnib.

Ağır yaralanan azərbaycanlı yerindəcə dünyasını dəyişib. Qətlin sifarişli olduğu güman edilir. Hüquq-mühafizə orqabları təhqiqatlara başlayıb.