Moskvada bir azərbaycanlı öldürüldü

Silah-1

Biznes maraqlarına görə Moskvada Azərbaycan vətəndası Şahverdiyev öldürülüb.

XALQ.AZ-ın məlumatına görə, mübahisə zamanı daha bir azərbaycanlı Ramin Paşa oğlu Mirzoyev isə ağır yaralanıb

Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına daxil olan xəbərə görə, qətl hadisəsi Belovejski küçəsində baş verib.

27 yaşlı azərbaycanlı Şahverdiev öldürülüb. O, çoxsaylı bıçaq yarasından sonra dünyasını dəyişib.

Güllə yarası alan Ramin Mirzoyev isə Moskva klinikalarından birinə yerləşdirilib.

Məlum olub ki, Şahverdiyevi qətlə yetirən Mirzoyev olub. Onların arasında mübahisə baş verib. Alınan məlumata görə, Şahverdiev Mirzoyevə güllə atıb, onu çiynindən və boynundan yaralayıb. Cavabında isə yaralı Mirzoyev ona bir neçə ölümcül bıçaq zərbəsi vurub.