Narkotika ilə tutulan şəxsin digər cinayəti aşkarlandı

Narkotik

Narkotik vasitələrin qəbuluna görə, 2011-ci ildə məhkumluq həyatı yaşayan Əliyev Ramiz Cabir oğlu, bu dəfə eyni əmələ görə Abşeron Rayon Polis şöbəsinin əməkdaşlari tərəfindən saxlanılıb.

XALQ.AZ-ın məlumatına görə, Mehdiabad polis bölməsi əməliyyatçıları tərəfindən saxlanılan Ramiz Əliyevin üzərindən natkotik vasitə olan marixuana götürülüb. Bundan sonra rayon polis şöbəsinə gətirilən şəxsin ətrafinda aparılan istntaq zamanı onun digər cinayət əməlinin də üstü açılıb.

Abşeron rayon polis şöbəsinin müstəntiqi Elnur Məmmədovun sözlərinə görə, istintaqla müəyyən edilib ki, Ramiz Əliyev 2014-cü il iyul ayınada Abşeron rayonu, Goradil kəndində Adil Abbasova məxsuz fərdi evə qanunsuz daxil olaraq 140 AZN dəyərində pul aparıb.

Dindirilmə zamanı əməlini etiraf edən saxlanılan şəxs, bu yola əl atmasına maddi sıxıntısının olmasını səbəb gətirib.

Əvvəlki cinayətinə görə 2 il cəza alan Ramiz, indiki əməllərinə görə daha bir neçə il məhbəs həyatı yaşamalı olacaq. Amma onun ömrünün neçə ilini dəmir barmaqlıqlar arxasında keçirəcəyinə sonda məhkəmə qərar verəcək.