Moskvada üç azərbaycanlı saxlanılıb

47

 

Moskvada Azərbaycan vətəndaşı olan sahibkarın oğurlanmasında şübhəli bilinən üç azərbaycanlı saxlanılıb.
APA-nın Rusiya DİN-in Mərkəz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, hadisə oktyabrın 21-də qeydə alınıb.

 

Sahibkarı güc tətbiq edərək tapança ilə hədələyən cinayətkarlar onu Kuzminsk meşə parkına aparıblar və orada sağ qalması üçün 3 mln. rubl (təxminən 100 min dollar) tələb ediblər. Girov bu məbləği toplamaq üçün azadlığa buraxılıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvada qanunsuz yaşayan üç azərbaycanlı həbs edilib.