Mövsümü meyvə-tərəvəz niyə baha qiymətə satılır?

Mövsümün vazkeçilməzi olan yemiş və qarpız bazarda boldur. Yemişin kiloqramı 1.30-1.60 arası dəyişir. Qarpızın kiloqramına gəlincə,80-90 qəpik arasında dəyişir.

XALQ.AZ mövsümü meyvə tərəvəz məhsullarının qiymətin təqdim edir:

Şaftalının qiyməti 1.50 dən başlayır.  Gilas 2.50-3.50,Ərik isə satıcılar deyir ötən mövsümlə müqayisədə daha bahadır 2-2.50. Bundan başqa pomidor və xiyarın da qiymətində ucuzlaşma olmadığı deyirlər.

Beləliklə lobyanın qiyməti 2 manat,  gül kələmi 2 manat, badımcan iki manta təklif olunur. Göyərtinin 5 ədədi 1 manat, yaşıl bibər 2.50 qəpikdir. Göbələk 4-4.50 manata satılır. Kartof və soğana 1-150 arası  qiymət dəyişmir.

 

Alıcılar isə deyir ki, bu məhsul bol olsa da, qiymətlərdə artım var. Bir sözlə, alıcılar qiymətin baha, satıcılar isə ucuz olduğunu deyir. Görünən isə odur ki, keyfiyyətli malın qiyməti həmişə olduğu kimi baha, az keyfiyyətli isə ucuza təklif olunur.