Müəllimə şagirdini zorladı

Muellime

ABŞ-da müəllimə 13 yaşlı şagirdini zorlayıb.

XALQ.AZ-ın məlumatına görə, 32 yaşında olan qadın 13 yaşlı oğlan uşağı ilə məcburi olaraq cinsi münasibətdə olub. Hadisə Arkansas əyalətində olub.

Belə ki, Mari Feyt evində ad günü şənliyi təşkil edib. Şənliyə öz şagirdlərini də dəvət edib. Şagirlərindən birini otağına dəvət edən müəllimə onunlə məcburi olaraq cinsi münasibətə girib. Sonraan bu hal dəfələrlə təkrarlanıb.

Münasibətlərə öyrənən 13 yaşlı oğlan artıq növbəti dəfələr özü müəlliməsilə görüşməyə can atıb. Onlar hətta gecələr telefon vasitəsilə danışırmış. Müəllimə və şagird bir-birinin telefonuna SMS və fotolar göndərirmişlər.

Evli və bir qız övladı olan müəllimə şagirdi ilə bir neçə dəfə görüşüb. Onların münasibəti barədə 13 yaşlı oğlanın sinif yoldaşları xəbər tutublar. Söhbət böyüyəndən sonra məlumat uşağın ailəsinə çatıb.

Bundan sonra müəllimə işdən çıxarılıb və həbs olunub. Lakin sonradan 50 min dollar müqabilində qadını zaminə buraxıblar. İndi sentyabrda növbəti məhkəmə prosesi keçiriləcək.