Kanalda naməlum kişi meyiti tapıldı

Kanal

Yuxarı Şirvan kanalında kişi meyiti tapılıb.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Yuxarı Şirvan kanalının Yevlax rayonu, Ərəbbəsrə kəndindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.