” Müasir Azərbaycan qurucusu, ” Bir kəmər, bir yol ” layihəsinin böyük memarı.

Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində Çin Xalq Respublikasının televiziya kanalında geniş müsahibəsi oldu.
Ölkə rəhbərimiz mövcud məsələlərlə ətraflı çıxış etdi. O öz çıxışında bildirdi ki, ” Azərbaycan dövlətinin Çin Xalq Respublikası ilə ticarət, mədəni qardaşlıq əlaqələri uzun illərdir qurulmuşdur.
Dünya dövlətləri içərisində Çində beynəlxalq nüfuza malik dövlətlərdən hesab olunur. Hələ Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti illərində bu əlaqələr daha da möhkəmlənmişdir. Ulu Öndərimiz Azərbaycan – Çin münasibətlərinin inkişafında çox mühüm rolu və atdığı addımları olmuşdu. O, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Çinli nümayəndələrlə bir çox görüşlər keçirib vacib əlaqələr qurmuşdu. Onun Çinə səfərləri və Çinin ali rütbəli rəhbərləri ilə görüşləri gələcək əməkdaşlığımızın böyük çərçivəsini yaratmışdı. O vaxtlar Azərbaycan dövləti beynəlxalq aləmdə o qədər də tanınmırdı. Bu gün isə Azərbaycan nəinki Çinlə eləcə də sahibi olan bir çox dünya dövlətləri ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
Artıq Azərbaycan 30 il bundan əvvəlki dövlət deyildir. İndi biz hər bir kəslə qarşılıqlı hörmət və dostluq üzərindən yanaşırıq.
Hələ Ulu Öndərimizin zamanında Çinin ərazi bütövlüyünün, vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişdir. Bu gün də bu dəstək bizim tərəfimizdən davam edir.
Buna canlı misal kimi cari ilin bu ayında açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda Çin şirkətləri üçün əlverişli şərait yaranmışdır.
Regional bağlantı mərkəzinə çevrilmək baxımından Azərbaycan dövləti coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Bildiyimiz kimi bizdə nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb.
” Bir kəmər, bir yol ” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi biz sadəcə olaraq texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gələcəkdə Gəmiqayırma zavodunun böyüdülməsi və təkmilləşdirilməsi də nəzərdə tutulmuşdur.
O ki qaldı bəzi məsələlərə, hamı bilməlidir ki və bunu belə qəbul etməlidir ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycan milli maraqlarımıza cavab verməyən hər hansı bir işə qoşulmur. Bizim milli maraqlara söykənən ondan bəhrələnən siyasətimiz hələ Ulu Öndərimizin vaxtından mövcuddur. 1993 -cü ildə xalqın təkidilə hakimiyyətə gəlmiş H. Əliyev xalqımızın çətin vəziyyətlərdən o dəyərlərə söykənərək çıxmışdır. H. Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalətli şəxsi amillərdən üstün idi. Ulu Öndər sovet hökümətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də cəsarətli addım idi. Çünki Sovet höküməti və sistemi hələ də çox güclü və qəddar idi. Ona görə də onun apardığı siyasət o idi ki, o cəmiyyətin nəbzini tuta bilirdi. İnsanların necə yaşadığını və fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini gözəl başa düşürdü. 1990 -cı ilin 20 yanvarında Sovet ordusu Azərbaycana hücum edərkən Ulu Öndər həmin qanlı faciyəyə qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi. Biz müstəqil dövlətik, müstəqil davranırıq, siyasətdə də sözümüzü müstəqil olaraq deyə bilirik. Bu Ulu Öndərin bizə qoyub getdiyi ən qiymətli sərvətdir. Bu sərvəti biz hər birimiz sona qədər qoruyacağıq.

Hacıyeva Gülnarə Həsənqulu qızı.

Nəsimi rayon İctimai Şuranın katibi.