Mübariz Ağayev açıqlama verdi

Mubariz

Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev XALQ.AZ-a açıqlama verib. Bu gün xəbər portallarında gedən yazılara münasibət bildirən icra başçısı, Azərbaycan müstəqillik qazandığı zamandan bu günə qədər ölkədə stabillik və kriminogen durum nəzarət altında olduğunu bildirib.

M.Ağayev bildirib: “Guya məni ayağımdan güllə ilə vurub yaralayıblar, bu çox absurd bir mövzudur. Məni ölkə başçısı rayon icra hakimiyyətinin başçısı təyin edib və öz əməllərimlə xalqıma, prezidentimin siyasi kursuna xidmət edirəm. Belə mövzularla sadəcə işlərimə xələl gətirmək istəyirlər. Bu gün Qubanın inkişafı göz önündədir əhalinin problemləri qısa müddətdə həllini tapır, dini tolerantlıq qorunub saxlanılır. O ki qaldı mənim kiməsə 450 min manat borcum olması, o şəxs saytlara yox məndən gəlsin pulunu tələb etsin və yaxud məhkəmələrə müraciət etsin əgər həqiqətən borcum varsa mən rayondayam hər gün də işdə oluram. Mənim qapım hər kəsin üzünə acıqdır. Sonda icra başçısı Mübariz Ağayev əsl jurnalistlərə müraciət edərək bildirdi ki, mənim fəaliyyətim şəffafdır kimin hər hansı sualı varsa buyursun mənə müraciət etsin”