Mübariz Qurbanlı vəzifədən AZAD EDİLDİ

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.

İndiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini Mübariz Qurbanlı tuturdu. O, Nazirlər Kabinetinin yeni tərkibində vəzifə almayıb.

Mübariz Qurbanlı 21 iyul 2014-cü il tarixindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışırdı.