Müdafiə naziri erməni nazirlə birgə (Foto)

 

47

İclasda 20 məsələ ətrafında müzakirə aparılıb.

Bu gün Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti toplantısı keçirilib.

XALQ.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, toplantıda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistanın müdafiə nazirləri iştirak edib.

Şura çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi və onun prioritetlərinin təyin olunması iclasın əsas müzakirə mövzusunu təşkil edib.

Birlik iştirakçısı olan ölkələr arasında əlaqələrin gücləndirilməsi mövzusu da daxil olmaqla iclasda 20 məsələ ətrafında müzakirə aparılıb.

İclasda birlik ölkələri arasında uçuş təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənmə və ərazilərdə kimyəvi və bioloji qiymətləndirilmənin aparılması yolları barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDB-nin Müdafiə Nazirlər Şurası 14 fevral 1992-ci ildə yaradılıb.

 

48