Müdafiə naziri Moskvaya gedib

 

66

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Moskvaya səfər edib. Xalq.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Qeyd edək ki, noyabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 65-ci iclası keçiriləcək. İclasın gündəliyinə uyğun olaraq, iştirakçılar MDB ölkələrinin Müdafiə nazirliklərinin hərbi əməkdaşlığı ilə bağlı 20-dən artıq məsələyə baxacaqlar.