Müdafiə Nazirliyinin məlumatı-Ermənilərin bu texnikaları sıradan çıxarıldı

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

Bu barədə XALQ.AZ-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir”, – MN- bəyan edib.