Müğənni ilə meyxanaçının canlı efirdə davası

Adam icinde

ANS TV-nin “Adam içində” verilişində qalmaqal yaşanıb.
ANS PRESS-in məlumatına görə xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova və meyxanaçı Samirə arasında əsl qalmaqal düşüb.

Qalmaqala səbəb meyxanaçı Samirənin Lalə Dadaşovanın həyat yoldaşı Elçin Cəlilovun ondan yaşca kiçik olması barədə söylədiyi fikirlər olub. “Lalə xanımın sizinlə heç bir konflikti olmayıb və hardasa sizə qarşı ifadə işlətməyib”, deyə verilişin aparıcısı Elgiz Əkbər Samirədən birdən-birə niyə L.Dadaşova haqda mənfi fikirlər söylədiyi barədə soruşub. Suala isə L.Dadaşova özü cavab verib: “Mən sizə deyim, niyə mən hədəf seçilmişəm. Tibb elmində bütün xəstəliklərin dərmanı var. Amma bir xəstəlik var ki, onun dərmanı yoxdur. Bu da paxıllıqdır. Kiməsə tanınmaq lazım olanda Dadaşovlara sataşırlar. Qoy bunu hamı bilsin. Samirə Yusifqızı bir-iki ildir mənimlə konfliktdədir”.

Verilişin aparıcısı Elgiz Əkbər Samirə və L.Dadaşovanı barışdırmaq istəsə də birinci tərəf bundan imtina edib. Lakin hər ikisi bir-birlərini məhkəməyə verməyəcəkləri barədə söz veriblər.