Prezident qızının əmlakı əlindən alındı

Gulnare Kerimova

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərmiovaya məxsus təşkilatın ofisi yerləşən bina Daşkənd iqtisad məhkəməsi tərəfindən dövlətin xeyrinə müsadirə edilib.
Xalq.az “Uznews.net”ə istinadən bildirir ki, 7729 kv.m.-lik ərazidə iki bina, qaraj sahəsi və torpaq sahəsi, ofis binaları yerləşib. Həmin ofis binalarının bir qismini Gülnarə Kərimova ilə bağlayırlar.

Gülnarə Kərimovanın təsisçisi olduğu Forum Fondunun əməkdaşlarından biri bildirib ki, fevralın 10-da ofisə məhkəmə pristavları gəliblər və məhkəmə qərarı göstəriblər. Qərarda deyilib ki, bina Daşkənd adminstrasiyasının hesabına keçib. Nə Gülnarə Kərimovanın, nə də Fondun işçilərinin qərardan xəbəri olmayıb. Çünki onları məhkəməyə dəvət etməyiblər.