“Muğan bank”da dəyişiklik-Ramiz Mehdiyev Əhməd Vəliyevi hissələrindən məhrum edir

“Muğan Bank”ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib. Bankın səhmdarlarının yeni qərarı ilə Ramiz Dadaşov Müşahidə Şurasına üzv təyin edilib.
XALQ.AZ xəbər verir ki, 2002-ci ildən bank sektorunda çalışan Ramiz Dadaşov yeni vəzifəsinə qədər “FNC” BOKT-un baş icraçı direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Müşahidə Şurasının sədri, 67,74 %), Vəfa Əhməd qızı Vəliyevaya (10,65 %) və Fəridə Cahandar qızı Mehdiyevaya (10,03 %) məxsusdur.
Qeyd edək ki, bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur və rəsmi səhmdarlar da onlardır. Son vaxtlar bankda tez-tez dəyişikliklər olur. Bəzi iqtisadçıların fikrincə, buna səbəb işlərin rentabelli getməməsidir.