Müşərrəf Akay Bakıda

Muserref

Xalq artisti Faiq Ağayevin qonağı olan türk sənətçisi Müşərrəf Akay bu gün ANS TV-nin “Günə baxan” verilişinə dəvət alıb.

Türk sənətçisi açıqlamasında, Azərbaycana toya deyil, sadəcə dostlarının dəvətilə istirahət etməyə, dostlarını görmək üçün gəldiyini dedi.

Müşərrəf Akay Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu dedi. Uzun illərdən sonra paytaxtımıza təşrif buyuran sənətçi Azərbaycanın, Bakının inanılmaz dəyişdiyini, inkişaf etdiyinin şahidi olduğu söylədi.

İnsanların – pərəstişkarlarının ona olan diqqəti, marağı da sənətçini çox təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı”.