media-577
Tbilisidə səfərdə olan Milli Məclisin Əmək və Sosial Məsələlər Komitəsinin sədri Musa Quliyev Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominaşe ilə görüşüb.
Məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı uzunmüddətli dostluq əlaqələrinin gücləndirilməsinə, xüsusən də parlamentlərarası əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Söhbət zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri xüsusi yer tutub.
Zaza Lominaşe bildirib ki, iki ölkə tibbi turizmin inkişafı və orqan transplantasiyası sahəsində birgə əməkdaşlıq etməyə razılaşıblar. Eyni zamanda, miqrasiya prosesləri və demoqrafik problemlərin həlli üzrə birgə iş aparmaq da planlaşdırılır.
Görüşdə gələcəkdə komitələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konkret planlar hazırlanıb. Növbəti görüşün komitə səviyyəsində Azərbaycanda keçirilməsi qərara alınıb.
media-577
media-578 media-5777

media-ads728x90

Bənzər xəbərlər