Mütəxəssislərdən XƏBƏRDARLIQ

Mütəxəssislər son dövrün məşhur mövzularından olan süni intellektlə bağlı diqqətçəkən xəbərdarlıq edib.
Süni intellektin inkişafı ilə mütəxəssislər fırıldaqçıların yeni bir üsul kəşf etdiklərini açıqlayıblar.

İngiltərə mətbuatında yer alan xəbərlərdə fırıldaqçıların süni zəka ilə tərəfdaş axtaran kişiləri aldatmağa başladığı və bu üsulun getdikcə yayıldığı bildirilib.

 

“Daily Mail” qəzetinin xüsusi xəbərində süni intellektin istehsal etdiyi seksual qadın görüntüləri ilə saxta “İnstagram”, “TikTok” və “Twitter” hesablarının açıldığı və kişilərin bu görüntülərlə aldadıldığı bildirilib.
Artıq yüzlərlə “rəqəmsal qadın”ın sosial media platformalarında olduğunu bildirən Britaniya qəzeti kişilərin bu hesablara pul göndərdiyini və bunun müqabilində uyğunsuz fotolar istədiyini bildirib.
Süni intellektlə yaradılan virtual qadınlara diqqət yetirən “Daily Mail” sarışın qadınların ümumiyyətlə “inkişaf etdiyini”, pulların isə bu hesablara bağlı ianə platforması vasitəsilə toplandığını yazıb.