Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur”

 

02

 

İki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovniki Ruzunskinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi”.Xalq.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Aydın Mirzəzadə çıxış edib.

A.Mirzəzadə bildirib ki, digər zamanlarda bəyanatlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər: “Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzaq bir diyar haqqında verilib. Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur”.

Xatırladaq ki, iki gün əvvəl Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkovnik Ruzunski bildirib ki, Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər.