“Nə olur-olsun, biz bu məsələni 2023-cü ilin sonuna qədər yekunlaşdırmalıyıq” – Deputat

“Ermənilərin təxribatçı əməllərinin qarşısını yalnız “dəmir yumruq” alacaq. Möhtərəm Prezident də hər zaman vurğulayır ki, “dəmir yumruq” yerindədir. Az da olsa, ermənilər bəzi xarici ölkələrdən dəstək görürlər. Bu ölkələr arasında aparıcı rolu oynayan Fransadır. Ermənistan düşünür ki, bu məsələni uzatmaq olacaq. Lakin onlar qəbul etməlidir ki, dünya dəyişilib”. Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, dünyada yeni geopolitik siyasət həyata keçirilir: “Bugünkü gündə Azərbaycanı dəstəkləyən kifayət qədər ölkə var. Onlar bu dəyişiklikləri ya görmürlər, ya da görüb həyasızcasına nəzərə almırlar. Amma nə olur-olsun, biz bu məsələni 2023-cü ilin sonuna qədər yekunlaşdırmalıyıq. Bu o deməkdir ki, Qarabağda yaşayan ermənilərin vəziyyəti özlərinə də ağır gəlir. Çünki rəsmi Ermənistan sözdə onlardan imtina edib”.

Deputat sözlərinə davam edərək bildirib ki, sərhədlərin demarkasiya və delimitasiya məsələləri həll olunan kimi sülh müqaviləsi bağlanacaq: “Ermənistan tərəfindən həyata keçirilən separatizmin kökləri çox qədimə dayanır. Ona görə də bu təxribatlar gözlənilən bir haldır. Ermənistanın tam şəkildə təslim olunmasına hələ vaxt var. Amma Azərbaycanın hər bir addımı bizim qələbəmizə, regionda sülhün bərqərar olunmasına aparır”.